Sərxoş kişi dostunu QURBAN KƏSDI

Hindistanın Andhra Pradeş ştatının Valasapalli kəndində Makara Sankranti festivalı zamanı bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, sərxoş kişi dostunu keçi ilə səhv salıb və onun başını kəsib.

Yanvarın 16-da günəş tanrısı Suryaya həsr olunmuş hindu festivalı zamanı Çalapati adlı şəxs qurban kəsməli idi. Polisin məlumatına görə, hindistanlı çox sərxoş olub və qolu ilə tutduğu dostunu keçi zənn edərək tanrı yolunda qurban əvəzinə onun boğazını kəsib.

35 yaşlı Süreş adlı kənd sakini təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Süreş aldığı xəsarətlərdən və qan itkisindən dünyasını dəyişib.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Onların çoxu qazax dilində deyil, bu dildə danışırdı - Nazir

SONRAKI XƏBƏR

İran rəhbərinin yaxınları rejimə qarşı - VİDEO