Masallıda 19 yaşlı gənc bıçaqlanıb

Masallıda 19 yaşlı gənc bıçaqlanıb

Masallının 19 yaşlı sakini döş qəfəsindən bıçaqlanıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Ərkivan qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü qəsəbə sakini Ülvi Namik oğlu Baxşiyev ərazidəki kafelərdən birində həmyerlisi və həmyaşıdı olan Elçin Əlövsət oğlu Cəbrayılov tərəfindən ürək nahiyəsindən iki bıçaq xəsarəti alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən Ü.Baxşiyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az