Yaşayış kompleksində maşınını dirəyə çırpdı, öldü

Yaşayış kompleksində maşınını dirəyə çırpdı, öldü

 

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qobu qəsəbəsində yerləşən məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində 1957-ci il təvəllüdlü Akif Məlikov idarə etdiyi “VAZ” markalı avtomobil işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.

 

Mənbə: qafqazinfo.az