Qaxda ailə faciəsi: Ər qəza törətdi, xanımı öldü

Qaxda ailə faciəsi: Ər qəza törətdi, xanımı öldü

Yanvarın 20-də saat 12 radələrində Qax rayonunun Qum kəndi ərazisində ağr yol qəzası baş verib.

Day.Az publika.az-a istinadən xəbər verir ki, rayon sakinləri T.Məmmədovun idarə etdiyi "Ford" və M.Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə M.Xəlilovun sərnişini - həyat yoldaşı Dilafət Xəlilova xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Qax RPŞ-də araşdırma aparılır.

Mənbə: news.day.az