Quruyan ağaclar sakinləri evindən didərgin salıb

Quruyan ağaclar sakinləri evindən didərgin salıb

Nizami küçəsi 29 ünvanında yerləşən ikimərtəbəli 16 mənzilli yaşayış binasının sakinlərinin binanın həyətində quruyan yaşı ötmüş ağacların qoxusundan yuxusu ərşə çəkilib.

Sakinlər APA TV-nin yerli bürosuna bildirib ki, 40-dan çox yaşı olan və hündürlüyü 35 metr olan 3 qovaq ağacından biri bu yaxınlarda aşıb. Hadisə zamanı binanın yanındakı qarajlar, çardaq dağılıb, evlərin pəncərələri sınıb. Hazırda ərazidəki iki ağac tamamilə quruduğu üçün binaya tərəf əyilib. Sakinlər bildirir ki, ağacların kəsilməsi üçün müvafiq qurumlara müraciət etsələr də onların səsini eşidən yoxdur. Vətəndaşlar külək əsərkən qurumuş ağacların faciə törədəcəyindən qorxaraq binanı tərk edib qohumların evinə getdiklərini deyirlər.

Sakinlərin tək qorxusu külək əsən kimi onlara qənim kəsiləcək quru ağaclar deyil, həm də yaşadıqları köhnə binadır. Vətəndaşlar bildirir ki, 1988-ci ildə inşa edilən yaşayış binası heç vaxt təmir olunmayıb. Binanın dam örtüyü bərbad haldadır, yağış suları evlərə tökülür, divarlarda çatlar var.

Göyçay rayon Yaşıllaşdırma İdarəsinin müdiri Şöhrət Cəfərov APA TV-nin yerli bürosuna bildirib ki, sakinlərin qurumuş ağaclarla bağlı müraciətinə baxılıb, lakin bəzi problemlər səbəbindən bir müddət də dözməli olacaqlar.

Göyçay rayonunda qurumuş ağaclarla problemi yalnız Nizami küçəsinin sakinləri yaşamır. Rayonda Şəhərin Rauf İsayev və Əli Kərim küçələrində vəziyyət eynidir.

yaşı 50-100 ildən çox olan qurumuş ağaclar güclü külək əsərkən, yağış, qar yağan zamanı qopub tökülərək fəsadlara səbəb olur.

Mənbə: apa.az