Neftçalada itkin düşən məktəbli tapılıb

Neftçalada itkin düşən məktəbli tapılıb

Neftçala rayonunda itkin düşən 16 yaşlı məktəbli oğlan tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun I Mayak kənd sakini, 2006-cı il təvəllüdlü Lətifov Rəvan Elşən oğlu bu gün səhər saatlarında doğulduğu kəndə qayıdıb.

R.Lətifovun evdən getməsini valideynlərinə etiraz əlaməti olaraq atdığını deyib. O, ötən gün axşam saatlarında evdən çıxıb, əvvəlcə Salyan rayonuna, sonra isə Bakıya yola düşüb. Gecə saatlarında paytaxtda yarımtiklilərin birində qalıb. Ertəsi gün evə qayıdarkən isə axtarıldığını eşidib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az