Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib

Ağacları kəsən şirkət cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “XXI əsr Xəzər İnşaat” MMC tərəfindən kəsildiyi və təbiətə 67680 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda maşından telefon və 1200 manatı belə oğurlandı - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Sevil-Sevinc bacılarının arxiv videoları YAYILDI - Hər kəs ŞOKA DÜŞDÜ - VİDEO