Ötən il məhkəmələrdən prokurorluq orqanlarına qaytarılan cinayət işinin sayı açıqlanıb

Ötən il məhkəmələrdən prokurorluq orqanlarına qaytarılan cinayət işinin sayı açıqlanıb

Ötən il məhkəmələrdən prokurorluq orqanlarına qaytarılan cinayət işinin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib ki, Cinayət Məcəlləsinin (CM) 303-cü (Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər) maddə ilə təqsirləndirilən 161 şəxs barəsində 128 cinayət işi məhkəmələrdən prokurorluq orqanlarına geri qaytarılıb.

O deyib ki, CM-nin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirləndirilən 60 şəxs barəsində 46 cinayət işi məhkəmələrdən prokurorluq orqanlarına geri göndərilib.

Mənbə: report.az