İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanılıb

İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanılıb

İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobildə konstruksiya dəyişikliyi edən sürücü, rayon sakini Ş.İsgəndərli idarə etdiyi nəqliyyat vasitəsilə saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol verən gənclə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyinin vacibliyi çatdırıblar.

Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülüb və o, 150 manat məbləğində cərimə olunub.

Mənbə: report.az