DİN idmançının evindən oğurluq hadisəsi ilə bağlı araşdırmalara başlayıb

DİN idmançının evindən oğurluq hadisəsi ilə bağlı araşdırmalara başlayıb

Gözəl Zutovaya məxsuz əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər BPİ-nin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır. Bu barədə G.Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb.

Qeyd edək ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.

Mənbə: report.az