Yunanıstan beş min sürücünü “qar tələsindən” xilas etmək üçün ordunu cəlb etdi - VİDEO

Yunanıstan beş min sürücünü “qar tələsindən” xilas etmək üçün ordunu cəlb etdi - VİDEO

Yunanıstanda güclü qar yağması nəticəsində “Attiki Odos” avtomagistralında beş minə yaxın sürücü köməksiz vəziyyətdə qalıb.

Bəzi ərazilərdə avtomobillərin artıq 12 saatdan artıqdır hərəkət edə bilmədiyi vurğulanır. Sürücüləri xilas etmək üçün Yunanıstan ordusu cəlb olunub.

Yunanıstan hakimiyyəti yanvarın 24-də qarın əsirinə çevrilmiş magistralda sürücülərin xilası üçün əməliyyata başlayıb. Əməliyyata həmçinin yanğınsöndürən, polis, hərbçi və könüllülər cəlb olunub.

 

Mənbə: www.oxu.az