Polis əməkdaşı Azərbaycan vətəndaşı olduğunu gizlədib və işdən çıxarılıb

Polis əməkdaşı Azərbaycan vətəndaşı olduğunu gizlədib və işdən çıxarılıb

Moskvada polis əməkdaşı ikinci vətəndaşlığı olduğunu gizlətməkdə təqsirli bilinib. Bu barədə yerli KİV-lər xəbər verir.

31 yaşlı baş leytenant 2014-cü ildə hüquq-mühafizə orqanlarında işləməyə başlayıb. Lakin, o, Azərbaycan vətəndaşlığının olması barədə məlumat verməyib.

Həmin şəxs polisdən qovulub, yoxlamanın materialları istintaq orqanlarına verilib.

 

Mənbə: virtualaz.org