Zakir Fərəcovun olduğu deyilən restoranın icarədarı həbs edildi

Sumqayıt şəhərindəki məşhur "Kalyon" restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, yanvarın 23-dən şəhərin Sahil küçəsində yerləşən "Kalyon" restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

Polisi keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha öncə mediada gedən məlumatlarda "Kalyon" restoranının Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğu qeyd edilib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağ müharibəsi veteranı 27 ildən sonra əməliyyat olundu

SONRAKI XƏBƏR

Fərrux Sədirov: “Buster” doza ilə vaksinasiya orqanizmdə daha dayanıqlı immun cavabın formalaşması üçün tətbiq edilir