Səbaildə oğurluq edən şəxs yaxalandı

Səbaildə oğurluq edən şəxs yaxalandı

Paralel.az xəbər verir ki, paytaxtın Səbail rayonunda bir neçə oğurluq edən şəxs tutulub.

Bu haqda Daxili İşlər Nazirliyinə məlumat yayıb.

Sumqayıt şəhər sakini Tahir Əhmədov rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində müxtəlif şəxslərin telefonlarını oğurlayıb.

Cinayət əməli təhlükəsizlik kameralarına düşüb. Şübhəli barəsində araşdırmalar davam edir.
Akif Nəsirli

Mənbə: paralel.az