Bakıda keçmiş polisə atəş açan şəxs onun ailə üzvü olub - TƏFƏRRÜAT

Bakıda beş gün əvvəl - yanvarın 20-də avtomobilə atəş açılması ilə bağlı baş verən hadisənin bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, avtomobilinə atəş açılmış Tərlan Namazov keçmiş polis əməkdaşıdır.

O, əvvəllər xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib. Ona atəş açan şəxs isə T.Namazovun ailə üzvü olub. Belə ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Atəş açan şəxsin (onun adını hələ ki, öyrənə bilməmişik - Oxu.Az) isə hadisə zamanı sərxoş olduğu bildirilir. Həmin şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Aqil Vəlili

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib

SONRAKI XƏBƏR

Hans Klüge: Regionda reanimasiyaya düşənlərin çoxu vaksinlənməmiş insanlardır