Slovakiyada hərbi kəşfiyyatın keçmiş rəhbəri öldürülüb

Slovakiyada hərbi kəşfiyyatın keçmiş rəhbəri öldürülüb

Bratislavanın Devin rayonunda Slovakiya hərbi kəşfiyyatının keçmiş rəisi, general-mayor Petr Buçkanın meyiti tapılıb. AzVision.az xəbər verir ki, bu bardə yerli KİV məlumat yayıb.

1998-ci il noyabrın 16-dan 1999-cu il dekabrın 31-dək Slovakiya Silahlı Qüvvələrinin keçmiş kəşfiyyat rəisi olmuş Buçkanın cəsədi Devindəki karxananın yaxınlığında tapılıb. Qətl istintaqın əsas versiyasıdır. O, son illərdə Slovakiyanın kommersiya strukturlarında məsləhətçi kimi fəaliyyət göstərib.

Polis ölümünün səbəblərini araşdırır.



 

Mənbə: azvision.az