Tovuzda zarafatın sonu bıçaqlanma ilə nəticələndi

Tovuzda zarafatın sonu bıçaqlanma ilə nəticələndi

Tovuzda həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

***

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Yanıqlı kənd sakini, 37 yaşlı N.İsmayılov qarın hissəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. İsmayılovu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu, həmyerlisi 21 yaşlı İ.Sadıqovdur.

Tərəflər arasında zarafat mübahisəyə, sonda isə bıçaqlanmaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

Mənbə: bizim.media