Ermənistanda da yoluxma ARTDI

Ermənistanda da yoluxma ARTDI

Ermənistanda son 24 saat ərzində daha 1931 nəfər koronavirusa yoluxub.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 355 662-ə çatıb.

Ölkə ərazisində pandemiyadan son sutkada bir nəfər ölüb. Beləliklə, ölənlərin ümumi sayı 8033-ə yüksəlib.

Bu günə qədər 334 696 xəstə COVID-19-dan sağalıb. Hazırda 11 408 aktiv koronavirus xəstəsi var.

Mənbə: cia.az