Azərbaycanda ticarət mərkəzində dəhşət: İsinmək istədi, canından oldu - YENİLƏNİB

Azərbaycanda ticarət mərkəzində dəhşət: İsinmək istədi, canından oldu - YENİLƏNİB

Tovuz şəhərində ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsində baş verən yanğınla bağlı yeni detallar məlum olub. 

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisəni ölən şəxs - 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlu törədib. 

O, içki aludəçisi olub və ərazidə isinmək üçün kağız toplayaraq ocaq qalayıb. O, hadisəni törədən zaman sərxoş olub.

***

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 kvadratmetr olan bir otağında məişət tullantıları 3 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mənbə: oxu.az