Gəncədə marketin divarını söküb 60 min manata yaxın pul apardılar - AÇIQLAMA

 

Gəncə şəhəri, Atatürk prospektində supermarkedən 60 minə yaxın pul oğurlanıb.

Oxu.Az-ın məlumatına görə, maskalı naməlum şəxslər marketin divarını sökərək pulları oğurlayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb:

“Araşdırmalar aparılır. Hazırda şübhəli şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir”.

İlhamə Əbülfət

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il 327 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib

SONRAKI XƏBƏR

İsrail-Türkiyə münasibətlərində yeni dövr - Ərdoğandan vacib mesaj