Almatı yaxınlığında zəlzələ baş verib

Almatı yaxınlığında zəlzələ baş verib

Nur-Sultan, 27 yanvar, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində 4.5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın seysmoloji eksperimental-metodoloji ekspedisiyası məlumat yayıb.

Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 05:47-də hiss olunub.

Zəlzələnin episentri Almatı şəhərindən 436 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 kilometr dərinlikdədir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az