Özbəkistanda terrorda şübhəli bilinən 30 nəfər saxlanılıb

Özbəkistanda terrorda şübhəli bilinən 30 nəfər saxlanılıb

Özbəkistanın paytaxtı Daşkənddə “Kətibə Təvhid vəl-Cihad” terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 30 nəfər saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

İstintaq nəticəsində onların Suriyaya gedərək oradakı silahlılara qouşulmağı planlaşdırdıqları müəyyənləşib.

Qeyd edək ki, “Kətibə Tövhid vəl-Cihad” Özbəkistan Ali Məhkəməsinin qərarı ilə 2016-cı ildən terror təşkilatı kimi tanınıb.

Mənbə: report.az