Ermənistanda 30-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Ermənistanda 30-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza olub

İrəvan-Sevan avtomobil yolunun buz bağlaması zəncirvari qəzaya səbəb olub.

“Report” “News.am”a istinadən xəbər verir ki, fövqəladə vəziyyət bir neçə saatdır davam edir.

Hadisə nəticəsində 30-a yaxın maşının toqquşduğu bildirilir.

Məlumata görə, bəzi avtomobillər yoldan çıxaraq aşıb.

Ölü və yaralılar barədə isə hələ ki informasiya verilməyib.

Mənbə: report.az