Bakıda avtomobil piyadanı vuraraq öldüüb

Bakıda avtomobil piyadanı vuraraq öldüüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 26-sı saat 07 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində paytaxt sakini V.Zeynalov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Teymur Verdiyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda 30-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza olub

SONRAKI XƏBƏR

Postmüharibə reallıqlarında regional əməkdaşlığın yeni imkanları. Zəngəzur dəhlizi - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)