4 əsgərin güllələndiyi yerdən ən son görüntülər - VİDEO

4 əsgərin güllələndiyi yerdən ən son görüntülər - VİDEO

Ukraynanın Dnepr şəhərində baş verən atışma ilə bağlı bəzi təfərrüatlar açıqlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ölənlər dörd hərbçi və bir mülki şəxsdir.

Yaralı 5 əsgərdən birinin tibbi yardım alarkən dünyasını dəyişdiyi də qeyd edilir.

Hadisə yanvarın 27-də yerli vaxtla səhər saat 4 radələrində baş verib. Mühafizə xidmətinin əsgəri silah otağında AK-47 avtomatını və onun üçün patronları götürüb, daha sonra atəş açıb. Həmin vaxt otaqda 22-yə yaxın əsgər olub. İki nəfər küçəyə qaçaraq telefonla polisə və təcili yardıma zəng edə bilib. Hadisəni törədən Milli Qvardiyanın hərbçisi Artemiy Ryabçuk qaçıb və hələ ki tapılmayıb

Mənbə: news.milli.az