Keçmiş məhkumdan silah və narkotik götürüldü

Keçmiş məhkumdan silah və narkotik götürüldü

Sumqayıt sakinindən narkotik və silah götürülüb. Bu bardə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Xudaverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 3 kiloqram 55 qram marixuana, 46 qramdan artıq tiryək, 2 ədəd metodon həbi, həmçinin qanunsuz saxladığı 1 ədəd ov tüfəngi və qundağı, lüləsi kəsilmiş daha bir tüfəng, 2 ədəd bıçaq və 1 ədəd qaz balonu götürülüb.

Mənbə: virtualaz.org