Biləsuvarda 17 yaşlı oğlan evində ölü tapılıb

Biləsuvar rayonunda evdən meyid aşkar edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhər sakini, 17 yaşlı
Səfərov Kənan İntiqam oğlunun yaşadığı mənzildə meyidi tapılıb.

İlkin məlumata görə, ailə üzvləri onu mənzilin hamamından ölü tapıblar.

Qeyd edək ki, əslən Lənkərandan olan K.Səfərov uşaqlıqdan anası və bacısıyla Biləsuvarda yaşayırdı.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Həndboldan qovulmuş idmançılar baş katibin cəzalandırılmasını istəyir

SONRAKI XƏBƏR

Mərkəzi Bank faiz dərəcəsini növbəti dəfə artırdı - RƏSMİ