Şüvəlan qəsəbəsində evdən oğurluq edən şəxslər saxlanılıblar

Şüvəlan qəsəbəsində evdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 28 yanvar, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə Şüvəlan qəsəbəsindəki evlərin birindən yanvarın 19-dan 26-dək olan müddətdə 3 min manat dəyərində iki ədəd xalçanın oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Nəcəfov və K.Aşurbəyov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: azertag.az