Polis Bakıda avtobusda qeyri-etik hərəkətlərə yol verilməsini araşdırır

Bakıda sərnişin avtobusunda sərnişin tərəfindən qeyri-etik hərəkətlərə yol verilməsi barədə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, sosial şəbəkədə həmin görüntüləri izləyiblər: “Polis faktı nəzarətə götürüb araşdırır. Qəti şəkildə bu cür qeyri-etik, əxlaqa zidd hərəkətləri pisləyirik”.

 

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, bununla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır.

 

Qeyd edək ki, hadisə yanvarın 25-də, saat 15.00 radələrində, Badamdar qəsəbəsi ərazisində, 31 nömrəli sərnişin avtobusunda baş verib. Orta yaşlı kişi avtobusda sərnişinlərin gözü qarşısında qeyri-etik hərəkətlər edib. Bu isə digər sərnişinlər tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıt Dövlət Universitetinin akkreditasiyası niyə dayandırılıb? - Səbəb açıqlandı

SONRAKI XƏBƏR

Putin ABŞ-a cavab üçün vaxt və forma axtarır