Füzulidə daha bir erməni hərbçisinin qalıqları TAPILDI

Füzulidə daha bir erməni hərbçisinin qalıqları TAPILDI

2020-ci il Qarabağ döyüşləri zamanı ölən erməni hərbçilərin qalıqlarının axtarışı bu gün Füzuli rayonunda xilasetmə dəstəsi tərəfindən həyata keçirilib.

Day.Az unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan tərəfi daha bir erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib.

Onun kimliyi məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşəcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 13-dən Azərbaycanın Ermənistan tərəfi ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1709 erməni hərbçilərinin meyiti tapılıb.

Mənbə: news.day.az