Füzulidə traktor minaya düşdü

Füzuli rayonunda traktor minaya düşüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Hansı çətinliklirlə boğuşduğumuzu bilsəniz, bizə medal taxarsınız”

SONRAKI XƏBƏR

Kamran Əliyev Almaniyanın Federal Baş prokuroru ilə görüşüb