Erməni əsilli ABŞ vətəndaşı Moskvada həbs edildi

Erməni əsilli ABŞ vətəndaşı Andre Xaçaturyan Moskvada silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Pravda.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskvanın İctimai Monitorinq Komissiyasının üzvü Konstantin Kim bildirib.

Xaçaturyan 7 saylı istintaq təcridxanasında saxlanılır.

K.Kim qeyd edib ki, Xaçaturyanın özünün dediyinə görə, o, ABŞ-dan Ermənistana uçarkən 2021-ci il dekabrın 26-da Şeremetyevo hava limanının tranzit zonasında saxlanılıb. Ondan GLOK-17 tapançası və patronlar aşkar edilib.

“İndi ona silah qaçaqmalçılığı maddəsi ilə (CM-nin 226.1-ci maddəsinin 1-ci hissəsi) ittiham irəli sürülüb. O, təqsirini boynuna almır. Deyir ki, əvvəllər mühafizə şirkətinin işçisi kimi çalışıb və silahlara görə Amerikadan icazəsi olub”, - Kim deyib.

Kim əlavə edib ki, Xaçaturyan yalnız iki dildə - erməni və ingilis dillərində danışdığı üçün heyət və məhbuslarla ünsiyyət qurmaqda çətinlik çəkir.
 

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Dünya çempionatının seçmə oyununda kuryoz hadisə baş verib

SONRAKI XƏBƏR

PSJ Dembeledən imtina etdi