ABŞ-da körpü qaz kəmərinin üzərinə düşüb, xəsarət alanlar var

ABŞ-da körpü qaz kəmərinin üzərinə düşüb, xəsarət alanlar var

ABŞ-ın Pensilvaniya ştatının şərqində körpü qaz kəmərinin üzərinə düşüb.

"Report" xəbər verir ki, bu barədə Pittsburq İctimai Təhlükəsizlik Xidməti tviterdə məlumat yayıb.

Hadisə yerində yanğınsöndürən, təcili yardım və polis işləyir. Uçmuş körpünün altında insanların olmadığına əmin olmaq üçün orada axtarış əməliyyatları aparılır.

Xidmət qeyd edib ki, hadisə nəticəsində 3 nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə Cozef Baydenin Pitsburqdakı çıxışından bir neçə saat əvvəl baş verib.

ABŞ Prezidentinin mətbuat katibi Cen Psakinin sözlərinə görə, Baydenə insidentlə bağlı məlumat verilib.

Mənbə: report.az