Yəmənin mərkəzində mina partlaması nəticəsində 3 nəfər ölüb

Yəmənin mərkəzindəki Marib əyalətində husilərin basdırdıqları minanın partlaması nəticəsində 3 nəfər həlak olub.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ölənlər bir mülki şəxs və iki istehkamçıdır.

Hökumət qüvvələri və husi üsyançıları məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Marib əyalətinə nəzarət bir neçə gün əvvəl hökumət qüvvələrinə keçmişdi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyadan qırğız-tacik münaqişəsi ilə bağlı açıqlama

SONRAKI XƏBƏR

"Liverpul"un kolumbiyalı hədəfi