Oğurluğa gedən erməni binadan yıxıldı

Oğurluğa gedən erməni binadan yıxıldı

Ermənistanda maraqlı cinayət hadisəsi baş verib. Oğurluğa cəhd edən şəxs binadan yıxılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. - Tsaxkadzor şəhərində 44 yaşlı kişi oğurluq etmək istəyib. Lakin binanın üçüncü mərtəbəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polisin mətbuat mərkəzi məlumatı təsdiqləyib. Xəstəxanaya gələn polis oğrunun hansı səbəbdən binadan yıxılmasını araşdıranda məlum olub ki, o, başqasının evinə girməyə cəhd edirmiş.
 İrəvanda qoca qadınlar bıçaqlaşıblar Hadisə Pəhlavunyats küçəsində yerləşən binanın 3-cü mərtəbəsində baş verib. Cinayətkar pəncərədən evə daxil olmaq istədiyini etiraf edərək necə yıxıldığını xatırlamadığını da söyləyib.

Mənbə: azvision.az