Xırdalanda şirniyyat dükanı yanıb

Xırdalanda şirniyyat dükanı yanıb

Xırdalan şəhəri, Heydər Əliyev küçəsində yerləşən "Pizzaline" şirniyyat dükanında yanğın olub.

“Report” xəbər verir ki, hadisə yerinə FHN-in 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın çörəkbişirən sobaların birində baş vermiş nasazlıqdan olub.

Mənbə: report.az