Axşam saatlarında Şəkinin Oxud kəndində və şəhər ərazisində iki nəfər sahibsiz itin hücumuna məruz qalıb.
Bizim.Media-nın yerli bürosu Şəki Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, bunlar Oxud kənd sakini 47 yaşlı Seyidəmi Abdullayev və şəhər sakini Yaşar Kaşiyevdir.
Hər iki sakinə Mərkəzi Xəstəxanada tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Həkimlərin müayinə və müalicə təyinatından sonra sakinlər ambulator müalicələrini davam etdirmək üçün evlərinə buraxılıb.
Mənbə: bizim.media