Ermənilərin ölümə tərk etdiyi it son anda xilas EDİLDİ

Ermənilərin ölümə tərk etdiyi it son anda xilas

ANAMA əməkdaşları Xankəndi şəhər Kərkicahan qəsəbəsində təmizləmə işləri apararkən evlərdən birində insanlığa sığmayan mənzərə ilə rastlaşıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onlar sahibi tərəfindən evin otağında qida və susuz buraxılmaqla kilitlənən itə rast gəliblər. 

Əməkdaşlar dərhal aclıqdan ölümcül hala düşmüş heyvana qida və su verərək onun həyatını xilas ediblər. 

Sözügedən ərazilərdə təmizləmə işləri aparılarkən partlayıcı vasitələrdən istifadə olunmaqla tələlərə, silah və sursatlara tez-tez rast gəlinir. Ancaq heyvanların qapalı şəraitdə və ya saxlanc yerlərində qida və susuz buraxılmaqla ölümə tərk edilməsi insanlığa sığmayan növbəti vəhşilikdir... 

Elgün Gəncimsoy

Mənbə: bizim.media