DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara daha bir müraciət edib - VİDEO

DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara daha bir müraciət edib -

Daxili İşlər Nazirliyi (DİN) əhalidə qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara bir daha videomüraciət edib.

Bu barədə APA-ya DİN-dən bildirilib.

"Nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaq", müraciətdə deyilir.

 

Mənbə: apa.az