Türk gəmisinə hücum - Çox sayda dənizçilər qaçırıldı

Türk gəmisinə hücum - Çox sayda dənizçilər qaçırıldı

Kamerunda Fildişi Sahilinə gedən bir türk gəmisinə Nigeriya sahillərində quldurlar tərəfindən hücum təşkil olunub.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, hücuma məruz qalan "Paksoy-1" adlı yük gəmisindən 10 dənizçi girov götürülüb.

Gəminin sahibi olan "Kadıoğlu Dənizçilik"dən verilən açıqlamada, ölən və yarlananların olmadığı bildirilib.

Qaçırılan dənizçilərin azad edilməsi üçün işlər davam edir.

Gülnar Qafarlı

 

Mənbə: open.az