DƏHŞƏTLİ OLAY: Oğlunun toyunda ürəktutmasından ÖLDÜ

DƏHŞƏTLİ OLAY: Oğlunun toyunda ürəktutmasından ÖLDÜ

O, keçmiş məhəllə muxtarı idi

Türkiyənin Sakarya şəhərinin Karasu bölgəsində oğlunun toyunda ürəyi ağrıyan Ali İhsan Tunca müalicə aldığı xəstəxanada həyatını itirib.

Sonxeber.az aznews.az-a istinadən xəbər verir ki, Sakaryanın Kocaali səmtinin Açmabaşı məhəlləsinin keçmiş muxtarı 54 yaşlı Ali İhsan Tunca həftə sonu Karasuda oğlunun toyunda yaxınları ilə birlikdə oynayıb. Qəfildən halı pisləşən Tunca toy salonuna gələn təcili yardımın köməyi ilə Karasu dövlət xəstəxanasına aparılıb.

Dünən axşam edilən müdaxilələrə rəğmən onun həyatı qurtarılamayıb.

Bir müddət əvvəl ürəyində olan narahatlıqla bağlı müalicə aldığı bilinən Tuncanın cənazəsi bu gün günorta namazından sonra torpağa verilib.

Mənbə: www.sonxeber.az