Qusarda sərnişin daşıyan mikroavtobus aşıb.
Qusarda sərnişin daşıyan mikroavtobus Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, qəza nəticəsində xəsarət alan 6 nəfər (1 kişi, 5 qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Mənbə: axar.az