Vəzifə saxtakarlığında təqsirləndirilən Qobustan şəhər bələdiyyə sədri olmuş Vasif Novruvun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Qobustan Rayon Məhkəməsinin hakimi Mirələm Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra V.Novruzov, iş üzrə zərərçəkmiş və şahidlər dindirilib.
Məhkəmin növbəti iclası aprelin 5-nə təyin edilib.
Qeyd: Qobustan şəhər bələdiyyə sədri olmuş Novruzov Vasif Əliş oğlunun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham ittiham irəli sürülüb..
Onun barəsində edilən şikayət Qobustan Rayon Məhkəməsinə göndərilib. İş hakim Mirələm Quliyevin icraatına verilib.
İş üzrə Qobustan sakini Xudaquliyev Məzlum Ağaqulu oğlu zərərçəkmiş qismində tanınır.
Kamal Məmmədov
Mənbə: pravda.az