Ermənistanda generala qarşı ittiham irəli sürülüb

Ermənistanda generala qarşı ittiham irəli sürülüb<span class="qirmizi"></span>

Ermənistan ordusunun generalı Samvel Karapetyana qarşı ittiham irəli sürülüb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, cinayət təqibinə səbəb mayın 10-da baş vermiş atışma olub. Karapetyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, lakin həbs-qətimkan tədbiri kimi yaşadığı yeri tərk etməmək qadağası seçilib.

İstintaq çərçivəsində axtarışlar aparılıb və ekspertiza təyin edilib. İstintaq davam edir.

Mənbə: report.az