Tbilisi aeroportunda əcnəbindən 12 kiloqrama yaxın marixuana aşkarlanıb

Tbilisi aeroportunda əcnəbindən 12 kiloqrama yaxın marixuana aşkarlanıb<span class="qirmizi"></span>

Tbilisi Beynəlxalq Hava Limanında 1995-ci il təvəllüdlü xarici ölkə vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxs külli miqdarda narkotik vasitənin alınması, saxlanılması, daşınması və Gürcüstana qanunsuz idxalında ittiham olunur.

Əcnəbinin yol çantasının gizli saxlanc yerindən 11 kilqoram 700 qram çəkidə marixuana müsadirə edilib. İstintaqla narkotik vasitənin Gürcüstana Cənubi Afrikadan gətirildiyi müəyyən olunub.

Faktla bağlı istintaq davam etdirilir. Saxlanılan şəxsi 20 il müddətinə və ya ömürlük həbs cəzası gözləyir.

Mənbə: report.az