Polis İrəvanda avtoyürüş keçirən müxalifətçiləri saxlayıb

Polis İrəvanda avtoyürüş keçirən müxalifətçiləri saxlayıb<span class="qirmizi"></span>

Ermənistanda keçirilən etiraz yürüşündə polis zorakılığı qeydə alınıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, polis İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən avtomobil yürüşü zamanı etirazçıları saxlayıb. Hüquq-mühafizə xidməti orqanları əməkdaşları sürücüləri avtomobillərdən çıxararaq bölmələrə daşıyıblar.

Qeyd edək ki, bu gün müxalifət səhər saatlarında paytaxta yaxın yollarda avtoyürüş təşkil edib. İrəvana daxil olmağı hədəfləyən etirazçılar 4 istiqamətdə yürüş keçiriblər. Artıq bir neçə gündür ki, müxalifət avtomobillərlə etiraz aksiyası keçirir. Bu isə Ermənistan paytaxtının dar küçələrində uzun tıxaclara səbəb olur.

Tural Tağıyev

 

Mənbə: azvision.az