Bu il 3 sərxoş sürücü yol qəzası törədib, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Bu il 3 sərxoş sürücü yol qəzası törədib, 1 nəfər ölüb, 4 nəfər yaralanıb<span class="qirmizi"></span>

Bu il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 3 hadisə baş verib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin yanvar-mart aylarında qeydə alınan yol qəzaları nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında 403 yol qəzası baş verib, 183 nəfər həlak olub, 373-ü isə yaralanıb.

Mənbə: report.az