Ruslar müharibədən imtina edənləri edamla hədələyir

Ruslar müharibədən imtina edənləri edamla hədələyir<span class="qirmizi"></span>

Luqansk vilayətinin işğal olunmuş hissəsində müharibəyə səfərbər olmaqdan imtina edən kişilər edam edilməklə hədələnir.

"Unikal" xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.

"İndi səfərbərlik hətta həkim komissiyasından keçmədən də amansızdır. Yəni hamıya "Biz sizi azad etdik, gedin respublikanı müdafiə edin, Ukraynaya qarşı vuruşun", - deyirlər. Bundan imtina edən ukraynalı kişiləri isə edam edilməklə hədələnir".

Mənbə: www.unikal.org