İrəvanda saxlanılan müxalifətçilərin sayı 32 -yə çatdı

İrəvanda saxlanılan müxalifətçilərin sayı  32  -yə çatdı<span class="qirmizi"></span>

Ermənistanda keçirilən etiraz aksiyaları zamanı saxlanılanların sayı artıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, polis İrəvanın Koryun küçəsinə toplaşan mitinq iştirakçılarının qarşısını alıb. Həmçinin Respublika meydanına giriş bağlanıb.

"Koryunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Sürücülər bölmələrə, avtomobillər isə cərimə meydançasına aparılır. Bu dəqiqələrdə polis Respublika meydanına girişi də dayandırıb. Amiryan-Zakyan yolunda olan mitinq iştirakçılarının meydana irəliləməsinə icazə verilməyib və onlar Zakyan küçəsinə dönmək məcburiyyətində qalıblar. Məlumata görə, artıq 32 nəfər saxlanılıb", saytlar yazıb.

Qeyd edək ki, bu gün müxalifət səhər saatlarında paytaxta yaxın yollarda avtoyürüş təşkil edib. İrəvana daxil olmağı hədəfləyən etirazçılar 4 istiqamətdə yürüş keçiriblər. Artıq bir neçə gündür ki, müxalifət avtomobillərlə etiraz aksiyası keçirir. Bu isə Ermənistan paytaxtının dar küçələrində uzun tıxaclara səbəb olur.

Tural Tağıyev

 

Mənbə: azvision.az