Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı<span class="qirmizi"></span>

Türkiyədə Amerika universitetlərində təhsil almaq istəyən tələbələrin və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrin verdiyi SAT imtahan suallarını satmaqda şübhəli bilinən 6 şəxs saxlanılıb. AzVision.az “TRT”yə istinadən xəbər verir ki, suallar Ankarada 2-3 min dollara satılırmış. Ankara prokurorluğu bildirib ki, aparılan araşdırma nəticəsində imtahan sualları Azərbaycandan Cahid və M.N adlı şəxs tərəfindən gətirilib. Əməliyyatlar zamanı Azərbaycan və İran əsilli olan Əfsanə G, Fərnaz H, Fuad K, Ələkbər K, Səid K. və Əli A. saxlanılıblar.

Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.

İlkin Nəcəfzadə
 

Mənbə: azvision.az